futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çimərlik güləşi üzrə Azərbaycan milli komandası Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində tarixi nailiyyətə imza atıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.
AGF prezidenti milli komandamızın tarixində ilk dəfə çimərlik güləşində dünya çempionluğu qazandığını bəyan edib. O, pəhləvanlarımızdan Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırovun (90 kq) fəxri kürsünün ən üst pilləsinə qalxaraq qızıl, Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyevin (+90 kq) isə bürünc medal əldə etdiklərini diqqətə çatdırıb.
Mikayıl Cabbarov bu böyük uğurda məşqçi heyətinin müstəsna rolunu vurğulayıb:
“Zəfərin qazanılmasında böyük əməyi olan və dünyanın ən yaxşı baş məşqçisi adına layiq görülən Oyan Nəzəriani başda olmaqla, bütün idmançılarımızı, onların valideynlərini, şəxsi məşqçilərini və federasiya əməkdaşlarını ürəkdən təbrik edir, gələcək turnirlərdə yeni uğurlar arzulayırıq”.