Mikayıl Cabbarov: İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü təqdim olundu

14.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"COP29 çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü - BICFIT təqdim olundu".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:

"Bu təşəbbüs maliyyə, investisiya və ticarət fəaliyyəti ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında əlaqəni artırmaq üçün tərəfdaşlıq platforması yaratmaq məqsədi daşıyır. Maliyyə, İnvestisiya və Ticarət Günündə aparılan müzakirələr bu istiqamətlərdə siyasətin iqlim məqsədlərinə uyğunlaşdırılması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью