Mikayıl Cabbarov: İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü təqdim olundu Xəbər saytı Son xəbərlər və Hadisələr

14.11.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

"COP29 çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü - BICFIT təqdim olundu".

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:

"Bu təşəbbüs maliyyə, investisiya və ticarət fəaliyyəti ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında əlaqəni artırmaq üçün tərəfdaşlıq platforması yaratmaq məqsədi daşıyır. Maliyyə, İnvestisiya və Ticarət Günündə aparılan müzakirələr bu istiqamətlərdə siyasətin iqlim məqsədlərinə uyğunlaşdırılması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью