Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı ilə bağlı paylaşım edib

29.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşı Asəf Nəsibovun anım günü münasibətilə paylaşım edib.

Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında qeyd edib:

"Bu gün Vətən müharibəsində şəhid olmuş əməkdaşımız Asəf Nəsibovun anım günüdür. Vətənimizin ərazi bütövlüyünün təmin olunması yolunda şücaətlə döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanımızın əziz xatirəsini ehtiramla yad edirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью