Mikayıl Cabbarov İsmael Nabe ilə görüşüb

22.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində Qvineyanın planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İsmael Nabe ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:

"Ölkələrimizin iqtisadi-ticarət və investisiya üzrə fəaliyyət imkanları, infrastruktur, enerji, təbii resurslardan səmərəli istifadə, bilik və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью