Mikayıl Cabbarov İsrail prezidenti ilə görüşdü

17.03.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin prezidenti İsxak Hersoqun qəbulunda olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, qəbulda Azərbaycan və İsrail əlaqələrinin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью