Mikayıl Cabbarov İsrailin energetika və infrastruktur naziri ilə görüşüb

21.11.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinə işgüzar səfəri zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşməkdən məmnun olduq. Görüş zamanı enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью