Mikayıl Cabbarov Lord Spenser Eliot Livermor və Duqlas Aleksandr ilə görüşdü

14.11.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"COP29 çərçivəsində Böyük Britaniyanın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr ilə görüşdük".

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib:

"Yaşıl ekosistemin inkişafı istiqamətində Azərbaycanın qlobal təşəbbüslərə töhfələri, ölkələrimizin strateji iqtisadi münasibətlərinin intensiv inkişafı, biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi, yaşıl sərmayələrin təşviqi və səmərəli enerji keçidi ilə bağlı müzakirələrimiz oldu".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью