Mikayıl Cabbarov Lord Spenser Eliot Livermor və Duqlas Aleksandr ilə görüşdü

14.11.2024

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29 çərçivəsində Böyük Britaniyanın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr ilə görüşdük".

Sitat.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib:

"Yaşıl ekosistemin inkişafı istiqamətində Azərbaycanın qlobal təşəbbüslərə töhfələri, ölkələrimizin strateji iqtisadi münasibətlərinin intensiv inkişafı, biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi, yaşıl sərmayələrin təşviqi və səmərəli enerji keçidi ilə bağlı müzakirələrimiz oldu".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью