Mikayıl Cabbarov Lorenzo Simonelli ilə görüşüb Xəbər saytı Son xəbərlər və Hadisələr

14.11.2024

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.

BAKU.WS xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:

"Ölkəmizin yaşıl gələcəyinə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью