Mikayıl Cabbarov Məhəmməd Al Habsi ilə görüşüb

08.10.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına işgüzar səfəri zamanı bu ölkənin İnvestisiya Bankının baş icraçı direktoru vəzifəsini icra edən Məhəmməd Al Habsi ilə görüşüb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib:

"Azərbaycan və Oman arasında investisiya əlaqələrinin şaxələndirilməsi istiqamətlərini vurğuladıq.

Müasir istehsal infrastrukturunun qurulmasının, dövlət-özəl tərəfdaşlığının təşviqinin və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqinin əhəmiyyətini qeyd edərək potensial sahələrdə birgə fəaliyyətin təşkili imkanlarını nəzərdən keçirdik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью