Mikayıl Cabbarov omanlı həmkarı ilə görüşüb, mühüm məsələlər müzakirə olunub

18.12.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov omanlı həmkarı Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.

BAKU.WS xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.

O qeyd edib ki, Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüş zamanı iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.

"Birgə fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılması, ticarət, bərpaolunan və ənənəvi enerji, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini dəyərləndirdik", - deyə paylaşımda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью