Mikayıl Cabbarov Ömər Bolatla görüşdü FOTO

29.01.2025

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ankaraya səfərimiz çərçivəsində Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla görüşməkdən məmnun olduq”.

Doğru.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib:

“Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə etdik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirik”.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью