Mikayıl Cabbarov onunla görüşdü

25.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Niklos Kalaitzidakis ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə “Carlsberg Group”la əməkdaşlığın inkişaf istiqamətləri və 2025–2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib.

Pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması, həmçinin regionda yeni biznes imkanlarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanda içki sənayesinin inkişafı, istehsal imkanlarının genişləndirilməsi və investisiya əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью