Mikayıl Cabbarov: Pakistanla bu məsələlər müzakirə edilib

27.05.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Pakistan ilə investisiya, sənaye və enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivlərini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Pakistanın baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüşməkdən məmnun olduq. İkitərəfli iqtisadi əlaqələrdə müsbət dinamika, Preferensial Ticarət Sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, investisiya, sənaye və enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi apardıq”, – nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью