Mikayıl Cabbarov Patrik Puyane ilə fikir mübadiləsi aparıb

15.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Total Energies" şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə işgüzar nahar edib.

Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:

"Qabaqcıl sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə və yaşıl enerjinin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью