Mikayıl Cabbarov paylaşım etdi FOTO

02.12.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş." şirkətinin direktorlar şurasının sədri Abidin Gülmüş ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:

"Türkiyənin "GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş." şirkətinin direktorlar şurasının sədri Abidin Gülmüş ilə görüşmək xoş oldu. Şirkətin ölkəmizlə səmərəli əməkdaşlığı və əczaçılıq sənayesi sahəsində perspektivlər barədə danışdıq.

Birgə fəaliyyət çərçivəsində əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyəti, görülmüş işləri və gələcək planları nəzərdən keçirdik".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью