Mikayıl Cabbarov Qətərin baş naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

06.09.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərə səfəri çərçivəsində bu ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Taninin qəbulunda olub.

Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.

Görüş zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndiyi vurğulanıb.

Həmçinin ikitərəfli iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətləri müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью