Mikayıl Cabbarov Qordon Birrel ilə görüşüb

15.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.

"Görüş zamanı ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerji layihələri, şirkətin Azərbaycanla uğurlu əməkdaşlığı və birgə fəaliyyətin enerji transformasiyası sahəsində gücləndirilməsi imkanları barədə müzakirələr apardıq", - deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью