Mikayıl Cabbarov Sunniya Durrani Camal ilə görüşüb

18.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" hesabında məlumat yayıb.

"Keçirdiyimiz görüşdə ölkəmiz üçün ortamüddətli dövrdə sosial-iqtisadi inkişaf və investisiyaların təşviqi üzrə prioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının (2025-29) əhatə edəcəyi sahələri nəzərdən keçirdik.

Qarşıdakı dövrdə AİB-lə əməkdaşlığın əsas istiqamətlərini dayanıqlı, şaxələndirilmiş iqtisadiyyata və yaşıl artıma dəstək, özəl sektorun gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsallaşma və iqlim çağırışlarına uyğun biznes həllərinin stimullaşdırılması təşkil edəcək", - nazir paylaşımında qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью