Mikayıl Cabbarov uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb

16.04.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb.

Bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı güləşin inkişafı istiqamətində görülən işlər, əldə edilən yüksək nəticələr və perspektivlər barədə danışılıb.

İdmançıları və məşqçiləri təbrik edən Mikayıl Cabbarov nailiyyətlərin davamlı olmasını arzu edib.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью