Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər FOTOLAR

20.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “Honeywell Energy and Sustainability Solutions” şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vest ilə görüşüblər.

Gununsesi.info xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün “X” hesabında bildirib.

“Görüşdə biznes mühitində dayanıqlı fəaliyyətə keçid, bərpaolunan enerji resurslarından istifadə və iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin enerji keçidi istiqamətində təşəbbüslər üçün faydalarını qeyd etdik”, – deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью