Mikayıl Cabbarov və Vladanka Andreyeva GÖRÜŞDÜLƏR

31.12.2024

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib.

Bu barədə Redaktor.az BMT-nin Azərbaycandakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

"İlin son görüşü: BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Buraya BMT-nin Dayanıqlı İnkişaf üzrə yeni Əməkdaşlıq Çərçivə Proqramının (2026-2030) hazırlanması barədə müzakirələr daxildir. Bu yeni proqram Azərbaycan xalqı üçün daha ekoloji və dayanıqlı gələcəyin təmin edilməsinə yönəlmiş səylərin birləşdirilməsinin təməli olacaq”, - paylaşımda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью