Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyev işdən azad olunub.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Baş direktor Azərbaycanda tanınmış modellərdən birinə 2 milyon manat xərcləyib və ona son model "Mercedes Gelandewagen" markalı avtomobil də hədiyyə edib.
Qeyd edək ki, A. Tağıyev bu vəzifəyə 2022-ci ilin may ayında təyin olunmuşdu.
A.Tağıyev iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxınlığı ilə seçilir. Belə ki, o M. Cabbarovun Təhsil və Vergilər nazirliklərində çalışdığı müddətdə müşaviri olub.
Seymur Əli