Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadənin "Teleqraf" İnformasiya Agentliyinə verdiyi müsahibə böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Yaranan ictimai maraq və ortaya çıxan sualların aydınlaşdırılması, həqiqətlərin aşkarlanması baxımından tədqiqatçı Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabı xüsusi əhəmiyyət daşıyır.
Kitabın Mikayıl Müşfiqdən bəhs edən "Öz-özünü yandıran şair" fəslində tədqiqatçı, sağlığında ona edilən hücumları, şairin həbsini, istintaq prosesini, güllələnməsini tarixi sənədlərin şahidliyi ilə təsvir edib.
Teleqraf mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq, Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabından "Öz-özünü yandıran şair" fəslini təqdim edir.
Müşfiq Yalçının ölümü ilə uzun müddət barışa bilmirdi. Həyatına sevinc gətirən, ilhamına yeni qanad verən bu uşağın qəfil ölümü onu çoх sars
Qələm dostları tez-tez yanına gələr, ona təsəlli verməklə ələmini, kədərini unutdurmağa çalışardılar.
Həmin ərəfədə Moskvaya ədəbi yığıncağa dəvət alan bir qrup yazıçı arasında M.Müşfiqin yaхın dostu Rəsul Rza onu bu kədərli anlardan ayırmaqdan ötrü onlarla getməyi təkid edir… Yazmaram ürəyim sizi anmasa, Sizin eşqinizlə alovlanmasa.