Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. Xızı rayonu ərazisində yerləşən görkəmli şair Mikayıl Müşfiqin xatirə muzeyində əsaslı təmir
BAKU.WS-in məlumtına görə, təmirə hazırlıq məqsədilə muzeyin yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanacaq.
Layihə "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən həyata keçirilir.
Qeyd edək ki, hazırlanacaq layihə-smeta sənədləri muzey binasında aparılacaq əsaslı təmir işlərinin həcmini, texniki tələbləri və maliyyə göstəricilərini əhatə edəcək.
Bu sənədlər əsasında gələcəkdə muzeyin bərpası və müasir tələblərə uyğunlaşdırılması həyata keçiriləcək.
Layihənin məqsədi Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirildiyi bu mədəniyyət ocağının qorunması, saxlanılması və ziyarətçilər üçün daha əlverişli vəziyyətə gətirilməsidir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.