Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1937-ci il qaragüruhunun güdazına getmiş repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin ata yurdu Xızının Sayadlar kəndindəki xatirə muzeyi nəhayət ki, təmir olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO
Bizim.Media informasiya portalının 19 yanvar 2026-cı il tarixli sayında verilmiş "Ölməz şairin muzeyi baxımsız vəziyyətdə-ağaclar susuzluqdan quruyur"sərlövhəli yazıya sorğumuz əsasında Mədəniyyət Nazirliyindən cavab gəlib:
"Xızı rayonunun inzibati ərazisində yerləşən Mikayıl Müşfiqin xatirə muzeyinin əsaslı təmiri ilə işləri ilə bağlı layihə-meta sənədlərinin hazırlanması xidmətini satın alınması məqsədilə 23 yanvar 2026-cı il tarixində tender elan edilib. Bildirilib ki, tenderin qalibi məlum olandan sonra Müşfiq muzeyinin bərpasına başlanılacaq".
Xatırladaq ki, Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib.
Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, adına qəsəbə, məktəb, küçə və meydan var. Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu