Mikayıl Müşviqin xatirə muzeyinin əsaslı təmiri işlərinə başlanılır | Icma.az
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Görkəmli şair Mikayıl Müşviqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin əsaslı təmiri işlərinə başlanılır.Bakıvaxtı.az xəbər verir ki, bu işlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" MMC-yə tapşırılıb.Məlumata görə, ilkin olaraq ev muzeyinin əsaslı təmiri işləri ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq.
Bunun 47,738 min manata başa gələcəyi gözlənilir.Xatırladaq ki, Mikayıl Müşfiqin xatirə muzeyi Xızıda yağan leysan yağışları nəticəsində yararsız hala düşüb, sel suları muzeyə keçid körpüsünü uçurub.Artıq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən muzeyin binasına və ətraf əraziyə texniki baxış keçirilib.
Baxış zamanı bina və ərazidə təmir və bərpa işlərinin yerinə yetirilməsi, səkilərin yenidən qurulması, piyada körpüsünün yenidən inşa edilməsi, Tıxlı çayının məcrasının təmizlənməsi, sahil bərkidilmə işlərinin aparılması və yerüstü suların idarə olunması üçün hazırlanacaq layihə sənədləri əsasında sözügedən işlərin yerinə yetirilməsinin zəruriliyi müəyyən edilib.Ötən il muzeyin bərpası ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edilib.Qeyd edək ki, şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərçivəsində - 1988-ci ildə atası Əbdülqədirin bağ yerində salınıb.
Şair 1938-ci ildə güllələndikdən sonra nəşi dənizə atılıb. Ona görə də xatirə muzeyində simvolik məzar qoyulub, büst hazırlanıb.
Büstün memarı Münəvvər Rzayevadır. 2004-cü ildə isə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin xatirə muzeyi statusunu alıb.Muzeyin yax
Muzeydə şairə aid 220-dən çox eksponat saxlanılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu