​Mikayılovu əvəzləyən şəxs bu məşhurun oğludur

03.02.2026

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Süleyman Mikayılov yanvarın 30-da Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Hazırda onu birinci müavini Emil Abbasov əvəz edir.

Metbuat.az Emil Abbasovla bağlı maraqlı məlumat əldə edib. Məlum olub ki, Emil Abbasov məşhur hüquqşünas İlqar Abbasovun oğludur. Onun atası uzun illər hakim kimi fəaliyyət göstərib. Son iş yeri Sabunçu rayon Məhkəməsi olub. İlqar Abbasov Sabunçu rayon Məhkəməsinin sədri postunu itirəndən sonra karyerasını vəkil kimi davam etdirir. O, 1 iyul 2022-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.

Fotoda: İlqar Abbasov

Emil Abbasov 14 il Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri işləmiş akademik Qərib Məmmədovun qardaşının qız nəvəsidir. O, uzun illərdir Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışır.

Fotoda: Emil Abbasov

Nazim Hüseynzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью