Mikel Arteta darmadağından sonra çempionluq şanslarını dəyərləndirdi

22.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasının 17-ci turunda səfərdə "Kristal Pelas"ı 5:1 hesabı ilə məğlub edən "Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının çempionluq şanslarını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "topçular"ın rəsmi saytı belə çatdırıb:

"Hələ çempionluq uğrunda mübarizədə "Arsenal" yoxdur. "Liverpul"un isə ehtiyatda bir neçə oyunu var. Əlbəttə, hər şey ola bilər. Qarşıdakı oyunlarda bütün gücümüzlə mübarizə aparmalıyıq. Gerisini zaman göstərəcək. Biz heç yolun yarısında da deyilik"

33 xalı olan "Arsenal" İPL-in turnir cədvəlində 3-cü pillədə möqe tutub. Lider "Liverpul" isə 36 xala malikdir. Mersisayd təmsilçisi 2 oyun az keçirib.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью