Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında finala yüksələn İspaniya millisinin hücumçusu Mikel Oyarsabal yığmanın tarixinə düşüb.
XQ xəbər verir ki, FİFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, Fransa ilə yarımfinal görüşündə penaltini dəqiq yerinə yetirən 28 yaşlı futbolçu milli komandanın heyətində keçirdiyi son 20 oyunda 18-ci qoluna imza atıb.
Bu qol Oyarsabalın yığma komandada vurduğu ümumilikdə 30-cu qol olub. Bununla da “Real Sosyedad”ın forvardı İspaniya millisinin tarixində 30 və ya daha çox qol vuran altıncı futbolçu ünvanına sahib çıxıb. Ondan əvvəl bu tarixi göstəriciyə David Silva (35), Alvaro Morata (37), Fernando Torres (38), Raul Qonsales (44) və David Vilya (59) nail olublar.
Xatırladaq ki, yarımfinalın ilk görüşündə İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.