Mikelancelonun nadir eskizi 27,2 milyon dollara satılıb

06.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 fevral, AZƏRTAC

İntibah dövrünün dahi sənətkarı Mikelancelo Buonarrotinin eskizi “Christie’s” hərrac evində 27,2 milyon dollara satılıb.

AZƏRTAC xəbər verir ki, hərrac evinin mətbuat xidməti məlumat yayıb.

Qırmızı tabaşirlə çəkilmiş və əvvəllər məlum olmayan bu eskizdə Liviya Sibilinin sağ ayağı təsvir olunub. Lotun başlanğıc qiyməti 1,5–2 milyon dollar təşkil edib. Hərrac 45 dəqiqədən çox davam edib və əsər anonim alıcı tərəfindən alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью