Mikels 3 qola qane olmayıb: “Hesabı daha böyük edə bilərdik”

10.11.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” Premyer Liqanın XI turunda “Kəpəz”i məğlub edib – 3:1. “Bayquşlar”ın ilk qolunu vuran Coy-Lens Mikels matçdan sonra jurnalistlərin suallarını cavablandırdı:

– Çətin oyun oldu. İlk hissədə vurulan qollardan sonra önə keçdik. Daha çox qol vura bilərdik. Hissənin sonlarında rəqibin fərqlənməsi işimizi çətinə saldı. Çoxlu fərdi səhvlər etdik. Hesabı daha böyük edə bilərdik, amma alınmadı.

– Baş məşqçiniz Valdas Dambrauskas oyundan narazı qalıb. Siz nə düşünürsünüz?
– Razıyam. Həqiqətən, daha çox qol vurmalı idik. Məşqçimiz oyunu kənardan izləyir, müşahidə edir.Bilirik ki, gözləntiləri çoxdur.

– Gələn ay “Qarabağ”la ehtiyatda qalan oyununuz var. Bu matça kimi qalib gəlib, onları da büdrətsəniz, lider olacaqsınız…
– Qarşıda “Şamaxı” ilə oyunumuz var. Birinci bunu düşünəcəyik. İlk dövrədə bəzi xallar itirmişik. Bunu qaytarmağa çalışacağıq. Hədəfimiz hər matçda qələbə qazanmaqdır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью