Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Səbail" yeni futbolçu ilə anlaşmaq üzrədir.
"Dənizçilər" Almaniyadan gələn Coy-Slayd Mikelsi baxışdan keçirirlər.
Oxu.Az futbolinfo.az-a istinadən xəbər verir ki, 30 yaşlı vingerin son klubu "Ay-Yıldızspor" olub.
O, daha öncə İsveçrədə "Aarau"nun və Norveçdə "Strommen"in şərəfini qısa müddət qoruyub.
Futbolçunun karyerasının böyük hissəsi Almaniyanın aşağı dəstə komandaları ilə bağlıdır.
Olayın ən maraqlı tərəfi onun ölkəmizdə oynayacaq 3-cü Mikels olmasıdır.
Coy-Slaydın qardaşlarından Coy-Lens hazırda "Sabah"ın, Leroy "Şamaxı"nın şərəfini qoruyur.
"Səbail" transferi reallaşdırsa, konqoəsilli almaniyalı 3 qardaş eyni vaxtda müxtəlif klublarımızın formasını geyinmiş olacaq.