futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah”ın futbolçusu Coy-Lens Mikels Ruanda yığmasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Afrika Millətlər Kubokunda II turda Kabo Verde ilə qarşılaşıb. Matç ruandalıların qələbəsiylə başa çatıb – 2:1.
Mikels bu görüşdə start heyətdə meydana çıxıb. O, komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub. Hücumçu 90+3-də əvəzlənib.
“Zirə”də çıxış edən Ange Mutsinzi də Ruanda forması geyinir. O, bu matçda sarı vərəqə ilə cəzalanıb, sona qədər meydanda qalıb.
Ruanda iki turdan sonra 6 xalla K qrupunda birincidir. Qrupda Mali və Liberiya da mübarizə aparır.