Mikelsdən 70 ci qol

13.04.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Coy Lens Mikels “Sabah”ın heyətində 70-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, almaniyalı hücumçunun yubiley topu Misli Premyer Liqasının XXVII turuna təsadüf edib.

O, “Zirə” ilə ev görüşündə (2:2) fərqlənib.

Mikels bu göstərici ilə “Sabah” tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.

Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib.

Qeyd edək ki, Mikels “Sabah”da ilk qolunu 2021-ci il sentyabrın 26-da “Neftçi” ilə çempionatdakı ev oyununda (1:2) vurub.

Saşa İliç: “Hakimlərlə bağlı məsələlər var” “Turan Tovuz” turu qalib başa vurdu - YENİLƏNİB Kaxaber Tsxadadze: “Əsas məqsədimiz Premyer Liqada qalmaqdır” I Liqa: Mərkəzi görüşün hakimləri bəlli oldu “Sabah”dan inamlı qələbə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью