Mikelsdən yubiley qolu

11.03.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə matçına (7:1) təsadüf edib.

Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb.

Azərbaycanda yalnız “Sabah”da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub.

O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.

Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.

“Sabah” “Qəbələ”ni meydana çıxmağa peşman etdi - YENİLƏNİB “Göygöl” “Şəki”ni darmadağın etdi - 10:1 Arif Əsədov: "Neftçi" avrokubokları növbəti mövsüm üçün düşünməlidir" "Turan Tovuz" ev oyunlarını Sumqayıtda keçirəcək KAMİLO DURAN KOLUMBİYA MİLLİSİNDƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью