Mikelsdən yubiley qolu

25.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı almaniyalı legionerin yubileyi Azərbaycan Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə təsadüf edib. O, komandasının bərabərlik qolunun müəllifi olub.

Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.

Əsas xəbərlər, Premyer liqa “Neftçi”yə qol vurdu, 101-ci oldu

19 Avqust 2024, 11:51

Ölkə futbolu Mikels: “Makkabi”yə daha çox qol vura bilərdik”

27 İyul 2024, 11:32

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью