Mikelsin arzusu: “Real”, “Barselona”, “Bavariya”…

26.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Çempionlar Liqasında “Hapoel”ə (Beer-Şeva) qalib gəldikləri oyundan (5:2) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, komandasının beşinci qolunu vuran hücumçu bunları deyib:

“İnanılmaz hisslərdir. Rəqib 1:0 öndə olanda da inanırdıq ki, geridönüş edə bilərik. Məşqçimiz ilk oyundan sonra cavab matçında müsbət dəyişikliklər etmişdi. Bu görüşdə rəqibə daha çox təzyiq etməyə çalışdıq. “Hapoel”i də qeyd etməliyik, yaxşı komandadır. Xoşbəxtik ki, mərhələni biz adladıq.

Heç vaxt təslim olmuram. Buna görə də oyunun sonunda qol vura bildim.

Çempionlar Liqasının əsas mərhələsinə gəlincə, burada “Real”, “Barselona”, “Bavariya” kimi komandalarla qarşılaşmaq istərdim”.

Çempionlar Liqasında püşkatma sabah olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью