futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Coy-Lens Mikels qışda “Sabah”dan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
Xəbərdə alman hücumçunun Bundesliqada oynamaq arzusunda olduğu bildirilib. Onun yanvarda təklif gözlədiyi və real variant olarsa, “Sabah”dan ayrılacağı qeyd edilib.
32 yaşlı futbolçunun “Sabah”la müqaviləsi 2028-ci ilin yayına kimidir.
Mikels bu mövsüm 18 oyunda 10 qol vurub.