Icma.az bildirir, sport24.az portalına istinadən.
Ruanda millisinin futbolçusu Coy Lens-Mikelsin hansı şərtlər qarşılığında "Sabah"dan ayrıla biləcəyi açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sabuha Çağlar xarici mətbuata açıqlamasında danışıb.
O, mümkün transferlə bağlı qərar vermək üçün ilk növbədə təklif olunan şərtlərin onları qane etməli olduğunu bildirib:
"Maliyyə baxımından bizim üçün hansı variant sərfəlidirsə, onu seçəcəyik. Lakin deyə bilərəm ki, gəlir cüzi olacaqsa, burada qalacağıq. Bu, maddi baxımdan ciddi irəliləyiş olmalıdır. Elə bir səviyyədə olmalıdır ki, burada qurduğumuz rahat həyatı tərk edib başqa yerə köçməyə dəysin".
Qeyd edək ki, Coy Lens-Mikels ötən mövsüm 19 qolla Misli Premyer Liqasının bombardiri olub.