Mikro sahibkarlara verilən kreditlərin həcmi 3 mlrd. manata çatıb

07.11.2024

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il oktyabr ayının 1-i tarixinə 14 milyard 407 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 2,9% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 427,8 mln. manatı və ya 3%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 65 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 779 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 611 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 951 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью