Mikro sahibkarlara verilən kreditlərin həcmi 3.2 mlrd. manata çatıb

03.07.2025

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il iyun ayının 1-i tarixinə 15 milyard 100 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 420.8 mln. manatı və ya 2.8%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 486 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 919 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 504 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 189 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью