Mikroavtobus aşdı: 7 yaralı

25.01.2025

Icma.az, Publika.az saytına istinadən bildirir.

Ümraniyedə mikroavtobusun aşması nəticəsində 7 nəfər yüngül xəsarət alıb.

Publika.az xəbər verir ki, Şilə yolunun Təpəüstü qovşağında “34 LGH 107” dövlət nömrə nişanlı xidməti mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım qrupları gəlib.

Yüngül xəsarət alan mikroavtobusda olan 7 nəfərdən 3-ü öz imkanları ilə, 4-ü isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza yerində işlərin tamamlanmasından sonra kəsişmədə nəqliyyatın hərəkəti normallaşıb.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью