Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistanın şimalında sərnişin mikroavtobusunun dərəyə aşması nəticəsində azı 11 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Xeybər-Paxtunxva əyalətinin Svat dairəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsinin qurbanları arasında qadın və uşaqların da olduğu bildirilir. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.