Mikroavtobus AŞDI ÖLƏN VAR

07.11.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusla hərəkətdə olarkən sürücü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri ölüb, biri isə xəsarət alıb.

Ölən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.

Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью