Mikroavtobus yük maşını ilə toqquşdu 14 nəfər yaralandı

26.03.2025

Icma.az bildirir, Manset portalına istinadən.

Türkiyənin Sivas bölgəsində mikroavtobusla yük maşını toqquşub.

Manset.az xəbər verir ki, yol qəzasında 14 nəfər xəsarət alıb. Mikroavtobus tuneldə dəmir yüklü yük maşını ilə toqquşub.

Qəza yerinə təcili yardım, polis və jandarma qrupları gəlib.

Qəzada mikroavtobusun sürücüsü və avtomobildə olan 13 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.

Qəzaya görə bağlanan tunelin Kanqal istiqaməti avtomobillər çıxarıldıqdan sonra yenidən açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью