Mikroavtobus yük maşınına çırpıldı 13 nəfər öldü

28.05.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Çinin Henan əyalətində həddindən artıq yüklənmiş sərnişin mikroavtobusunun yarımqoşqulu yük maşınına çırpılması nəticəsində 13 nəfər ölüb, 3 nəfər yaralanıb.

Avtosfer.az əyalətin hakimiyyət orqanlarına istinadla xəbər verir ki, hadisə səhər saat 2:40 radələrində Nanyan şəhərində baş verib.

Qəza zamanı 9 nəfərlik mikroavtobusda 16 nəfər olub.

İctimai Təhlükəsizlik Nazirliyi istintaq və cavab tədbirlərinə rəhbərlik etmək üçün Nanyan şəhərinə işçi qrupu göndərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью