Mikroavtobus yük maşınına çırpılıb: yaralılar var

18.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Türkiyənin Manisa şəhərində ağır yol qəzası baş verib.

Avtosfer.az “TRT Haber”ə istinadən xəbər verir ki, Manisanın Turqutlu rayonunda fəhlələri daşıyan mikroavtobusun yük maşınına çırpılması nəticəsində 22 nəfər xəsarət alıb.

Qəza yerinə çox sayda təcili yardım, xilasetmə və polis qrupları cəlb edilib.

Yaralılar təcili yardımla ətrafdakı xəstəxanalara çatdırılıb.

Onların həyati təhlükəsinin olmadığı bildirilib.

Bir müddət sonra yol nəqliyyatın hərəkətinə açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью