Mikrofonu götürüb özünüzü biabır etməyin

28.11.2024

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aparıcı Mətanət Əliverdiyeva canlı ifa edə bilməyən müğənnilərə irad bildirib. 

Axşam.az xəbər verir ki, aparıcı "Xəzər axşamı" verilişində bu cür müğənnilərin özünü biabr ertdiyini vurğulayıb:

"İndiki musiqilər sanki birdəfəlikdir. Bir notun üstündə oxuyurlar. Bilmirsən sözünü eşidəsən yoxsa musiqisini. Bunların qarşısını almaq lazımdır. Heç  kim inciməsin, şəxsən mən burada biri elə mahnı ifa edəndə deyirəm. Digər aparıcıları bilmirəm. Amma bildirmək lazımdır ki, bu, mahnı deyil. Bunu da qeyd edim ki, əgər canlı ifa edə bilmirsinizsə, xahiş edirəm, mikrofonu götürüb özünüzü biabır etməyin. Oxumayın, heç kim sizi məcbur etmir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью